“Ümumiyyətlə, biz bir-birimizi dinləməyi deyil, danışmağı xoşlayırıq. Fikir bildirəndə qarşımızdakı insana “mən deyəndir” prinsipiylə yanaşırıq”.
Bu sözləri Yenisabah.az-a psixoloq Azad İsazadə sosial şəbəkələrdə çox istifadəçilərin yeri gəldi-gəlmədi əksər məsələlər barədə qəti hökmlü fikir bildirmələrinə münasibət bildirərkən deyib.
O, bildirib ki, insan qarşısındakını alçaltmamaq şərtilə istədiyini danışa bilər: pizza mizza
“Bu gün internet, medialar, sosial şəbəkələr genişdir. İnsanlar öz ambisiyalarını təsdiqləmək üçün fikir bildirdikləri məsələ barəsində məlumatlı olub-olmamalarından asılı olmayaraq rəy verirlər. Burda pis bir şey görmürəm. İnsan istəyirsə, istədiyini danışa bilər. Yalnız qarşıdakı insanı alçaltmamaq yetər”.
Psixoloq əlavə edib:
“Mənə görə, cəmiyyətdə xoşuma gəlməyən ifadələrdən biri də kimisə özündən aşağı görüb “o kimdir” sualını verməkdir. İlk növbədə özümüzə kim olduğumuz barədə sual verməliyik.
Biz sözlə müalicə ediriksə, deməli, sözlə adama ziyan da vurmaq olar. Hər sözün özünün təsiri var. Hər kəs dediklərində mənəvi baxımdan məsuliyyət daşımalıdır. Məşhurlar da məşhur olduqları qədər davranışlarına, sözlərinə fikir verməlidir”.
İmamət İSMAYILOVA
Telegram kanalımız