“Bir tip adamlar koronavirusa yoluxmalarını gizlətməyi üsütün tutur, digər qrup koronavirusa yoluxmasını tirasjlayaraq gündəmə gəlmək istəyirlər”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.
Onun sözlərinə görə, xüsusən, tanınmış insanlar bu virusu yüngül keçirsələr də, çox ağır keçirdiklərini dilə gətirir, ağlayıb-sızlayırlar: pizza sifarişi
“Çox üzücü haldır ki, tanınmışların içində həqiqəqətən hörmət etdiyimiz bəzi insanlar vəfat edib. Ancaq elə insanlar var ki, bu xəstəliyi rahat keçirir və evdə oturmaq onlara çətin gəldiyi üçün yoluxanı gizlədərək çölə çıxarlar. Hətta seansda bu tip adamlara yumşaq şəkildə iradımı bildirmişəm.
Ola bilər ki, siz yoluxmanı həqiqətən yüngül keçirirsiniz, ancaq unutmaq olmaz ki, digər insanların sağlığı ilə sizin sağlığınız eyni deyil. Xəstəliyi gizlədənlərin evdə oturmaq istəməmələri və qapalı yerdə ürəklərinin sıxıldığını bildirmələri bir yana, sənət yoldaşlarından “Sən koronavirusa yoluxmusan!” ifadəsini eşitməmə izahı da mövcuddur”.
Psixoloq əlavə edib: “Həqiqətən elə tanınmış elm və mədəniyyət adamları var ki, koronavirusa yoluxduqda müalicə bitənədək evdə qalıblar. Amma kim bilir ki, bəlkə də koronavirusa yoluxub hazırda hansısa şou proqramda əyləşən sənətçilər var.
Aytən Ələkbərli bu vəziyyətdə nə etmək lazım olduğunu da qeyd edib:
“Bu vəziyyətdə tövsiyyə edərdim ki, ev şəraitində öz sağlamlıqlarının qeydinə qalsınlar. Olduqca bol vitamin və maye qəbulu təbii ki, onların tez sağalmasına şərait yaradacaqdır. Bunu psixoloji tərəfdən dəyərləndirsək, öz mental sağlamlıqlarının qeydinə qalmaları üçün müxtəlif fəaliyyət növləri ilə məşğul olsunlar və ya alışqanlıqlarını dəyişdirsinlər”.
Ayzel
Telegram kanalımız