Məşhurların, ictimai-siyasi fəalların şəxsi həyatı... - Psixoloq sirləri açdı

saytların hazırlanması

Evə çatdırılma

Məşhurların, ictimai-siyasi fəalların şəxsi həyatı... - Psixoloq sirləri açdı

Sosial

28 Fevral 2023 11:55 1652


“Nəinki məşhurların, eləcə də tanıdığı, bildiyi bütün insanların şəxsi həyatı digər insanlar üçün həmişə maraq obyekti olub. Ümumiyyətlə, insan təbiət etibarilə hər şeyə maraqlı, yenilik axtaran, bilmədiklərinə doğru can atan bir varlıqdır...” 

Bu sözləri Yenisabah.az-a psixoloq Fəridə Şərifova deyib. 

Tez-tez insanların şəxsi həyatının gündəmə gətirilməsi barədə danışan psixoloq son zamanlarda bunun daha da artdığını vurğulayıb:  Sezar pizza

“Son zamanlar bu hiss insanlar arasında sosial məsafənin artması ilə daha da ön plana çıxıb. Bu gün insanların bir-biri ilə canlı ünsiyyəti daha az, sosial mediada keçirdiyi zaman isə daha çoxdur. Beləcə, insanlar saysız-hesabsız, lazımlı-lazımsız məlumat seli içərisindədirlər. Çoxsaylı sosial media platformaları bizə başqa həyatların yaxından şahidi olmaq və onları ətraflı şəkildə müşahidə etmək imkanı verir. Və bu marağı təmin etmək asanlaşdıqca, maraq da bir o qədər çoxalır. Qadağan olunmuşlar hər zaman daha xüsusi bir cazibə ilə insanın marağını çəkir. İnsanlar onlara maraqlı gələn nüanslarda çox zaman öz həyatlarını, yaşamlarından bir parçanı, şüuraltı basdırılmış duyğuları axtarırlar. Əslində məsələ kim ilə, nə üçün maraqlanmağımızdan başlayır. Bu hər hansı bir məşhur ola bilər, çox az tanıdığımız bir insan ola bilər, dostumuz, həyat yoldaşımız, keçmiş sevgilimiz və hətta keçmiş sevgilimizin yeni sevgilisi belə ola bilər, heç sevmədiyimiz, nifrət etdiyimiz biri də”. 

F.Şərifova qeyd edib ki, məşhur şəxslərin, ictimai və siyasi fəalların şəxsi həyatı insanların daha çox marağına səbəb olur: 

“Bu danılmaz bir faktdır ki, məşhurların, ictimai və siyasi fəalların, böyük bir kütlə tərəfindən izlənilən insanların həyatı həmişə daha çox diqqət çəkir. Bu cür insanların həyatına dair ən xırda informasiya belə böyük təlatümə, marağa səbəb olur. Önəmli olan maraq hissinin təməlində yatan duyğulardır. Məqsəd mahiyyətcə eynidir, yəni biliyə sahib olmaq. 

İnsanların bir başqalarının həyatına olan marağı onun öz həyatının müəyyən bir şəkil almasına, olar-olmazlarını sərhədləndirməsinə səbəb olur. Bir hadisəyə cəmiyyətin göstərdiyi reaksiya, verdiyi şərhlər buna uyğun şüuraltı olaraq davranışlarımızı da nizamlamağımıza yön verir əslində.

Qısacası, bizim marağımızı çəkən şeylərdə mütləq ki bizi narahat edən hansısa bir suala cavab tapmaq istəyi, qorxularımız, çəkindiklərimiz, rahatca ifadə edə bilmədiyimiz fikirlərimiz,  həyatımızda olan, olmayan və ya olmasını istədiyimiz hansısa nüanslar var”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!