Messinin adından toylara pul yazdıran kimdir? - Azərbaycanda

saytların hazırlanması

Evə çatdırılma

Messinin adından toylara pul yazdıran kimdir? - Azərbaycanda

Sosial

13 İyul 2021 12:16 1569


Azərbaycanda toylara futbol üzrə Argentina milli yığmasının və "Barselona"nın kapitanı, ulduz futbolçu Leonel Messinin də adından nəmər salınır.

Bu ənənəni "Barselona” futbol klubunun azarkeşi, Messinin fanatı, jurnalist Ramin Deko yaradıb. Jurnalist Fanat.Az-a açıqlamasında bildirdi ki, artıq bir neçə ildir getdiyi bütün toylara Messinin adından nəmər salır. Onun sözlərinə görə, ulduz futbolçunun adından salınan nəmərin məbləği simvolik olaraq 1 AZN təşkil edir:

Sezar pizza

"Onlarla toya Messinin adından 1 manat yazdırmışam. Adətən nəməri "Mes Que Un BeyGelin” şüarı ilə yazdırıram. "Mes Que Un Club” "Barselona” futbol klubunun devizidir. Mənası "Bir klubdan daha artıq” deməkdir. Mən "club” sözünü "bəy” və "gəlin” sözləri ilə əvəzləmişəm. Bütün bunlar "Barselona”ya və Messiyə aşırı rəğbətimdən irəli gəlir, həm də bir növ mənim üçün əyləncədir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!