Messiyə niyə qırmızı vərəqə verilmədi? -   “100%-lik fol idi” - YENİLƏNDİ

saytların hazırlanması

Evə çatdırılma

Messiyə niyə qırmızı vərəqə verilmədi? - “100%-lik fol idi” - YENİLƏNDİ

İdman

17 İyun 2026 14:00 420


Dünya çempionatının qrup oyununda Lionel Messinin Əlcəzair futbolçusuna qarşı qayda pozuntusu təkcə azarkeşlər deyil, tanınmış futbolçular arasında da etirazlar doğurub.

“Yeni Sabah” xəbər verir ki, mübahisəli epizoda xeyli şərhlər gəlib.

Hazırda TV aparıcılığı edən Bosniya əsilli keçmiş İsveç futbolçusu Zlatan İbrahimoviç həmin situasiyanı “100%-lik fol” adlandırıb. pizza sifarişi

O bildirib ki, sözügedən qayda pozuntusuna görə argentinalı hücumçuya mütləq qırmızı vərəqə göstərilməli idi.

Braziliyalı Marselo da “SporTV”də Messinin Əlcəzairlə oyundakı hərəkətini eyni cür dəyərləndirib:

“Bu, qırmızı vərəqədir, amma Messi olduğu üçün heç nə baş vermədi”.

Fransalı Tyerri Anri isə bildirib: “Çoxları Messinin cəzalandırılmalı olduğunu deyir. Dönə-dönə baxdıqda onun məhz topu ələ keçirtmək istədiyi görünür, rəqibə ziyan vermək niyyəti güdmür. Bəli, kontakt var, lakin hər toxunuş mütləq şəkildə qırmızı vərəqə ilə cəzalandırılmamalıdır”.

“Mançester Siti””nin keçmiş müdafiəçisi və hazırda ESPN-in analitiki olan Nedum Onuha Argentina-Əlcəzayir matçında Lionel Messinin Aissa Mandiyə qarşı fiziki müdaxiləsini meydandakı bir müdafiəçi gözü ilə baxaraq VAR otağına rəsmən od püskürüb:

“Məncə, bu, qırmızı vərəqəlik hərəkət idi. Baş hakimin epizodu canlı olaraq qaçırmasını və niyə kart göstərmədiyini başqa cür anlaya bilərəm – oyun dinamikdir. Amma video köməkçi hakimlərin (VAR) bu kadrları təkrar-təkrar izləyib "Burada qeyri-adi bir şey yoxdur, oyunu davam etdirə bilərsiniz" deməsini heç cür başa düşmürəm. Bu, birbaşa qırmızı kartlıq qayda pozuntusu idi”.

Xatırladaq ki, məlum epizodda argentinalı hücumçu əlcəzairli futbolçunu əllə itələməklə yanaşı, həm də onun dizarxası hissəsindəki əzələsinə zərbə endirir.

Futbol fanatları bu anlarda hakimin səhv qərarını, daha doğrusu, hərəkətsizliyini onun Argentina millisinə rəğbəti ilə izah edirlər.

Polşalı referi Şimon Martsinyak 3 dünya çempionatında Argentina millisinin iştirakı ilə 4 oyunda hakimlik edib.

Lionel Messi bütün peşəkar karyerası ərzində cəmi 3 qırmızı vərəqə alıb.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!