Mətanət İsgəndərlidən atası ilə paylaşım: “Gözün kor olsun...“

saytların hazırlanması

Evə çatdırılma

Mətanət İsgəndərlidən atası ilə paylaşım: “Gözün kor olsun...“

Şou

02 Fevral 2022 13:06 1194


Əməkdar artist Mətanət İsgəndərli vəfat edən atası ilə bağlı hisslərini bölüşüb.

Yenisabah.az xəbər verir ki, sosial şəbəkə hesabında bu haqda yazan sənətçi atası üçün darıxdığını etiraf edib:

"Atalı, günlərim haradasınız? Haradan tapım sizi? Zalım, bivəfa, nankor dünya... Nifrət edirəm sənə, dünya. Atamı əlimdən alan dünya... Nə edim səni? Nəyimə lazımsan? Sən ki mənim əlimdən atamı aldın. Düşmənimsən, ey dünya, düşmənim. Gözün kor olsun, dünya. Axı atam yaşamaq istəyirdi. Onunla bağlı o qədər arzularım var idi... Atamın o yaralı, param-parça olan ürəyi dözə bilmədi, bu haqsız , zalım dünyaya. Allah sənə rəhmət eləsin, ruhun şad olsun, mənim əziz atam. Ömrüm boyu qəlbimdə yaşayacaqsan. Hər zaman Allaha yalvaracam ki, bizi axirətdə qovuşdursun". pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!