Meteohəssas insanlara xəbərdarlıq: Fırtına günləri

saytların hazırlanması

Evə çatdırılma

Meteohəssas insanlara xəbərdarlıq: Fırtına günləri

Sosial

03 Yanvar 2023 13:31 884


2023-cü il maqnit qasırğası olacaq tarixlər açıqlanıb.

Yenisabah.az "Gismeteo"ya istinadla xəbər verir ki, bu gün zəif maqnit qasırğası gözlənilir. Ertəsi gün də Günəş aktivliyi bir qədər artacaq. Güclü qasırğa isə yanvarın 7-də proqnozlaşdırılır.

Maqnit qasırğaları insanlara müxtəlif formalarda təsir edir. Meteohəssas insanlar, yaşlılar və xroniki xəstəliklərin sahibləri onun təsirinə ən çox həssasdırlar. pizza sifarişi

Qasırğanın ən çox görülən əlamətləri bunlardır: baş ağrısı, başgicəllənmə, ürəkbulanma və qusma, yüksək qan təzyiqi, ürək və oynaqlarda ağrı, yorğunluq, yuxusuzluq.

Belə günlərdə daha çox su içmək, həmçinin bitki çaylarından istifadə, siqaret, qəhvə, spirt və enerji içkilərindən imtina etmək, tez-tez açıq havada olmaq, az yağlı qidalar yemək, gündə azı 7 saat yatmaq tövsiyə edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!