Bakı metrosu şənbə-bazar günləri də İŞLƏYƏCƏK -   İyun ayında

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosu şənbə-bazar günləri də İŞLƏYƏCƏK - İyun ayında

Sosial

11 İyun 2021 14:10 923


Avropa çempionatının əhəmiyyəti, paytaxta gələcək idmansevərlərə nümunəvi xidmət etmək məqsədilə metropoliten stansiyaları iyun ayı ərzində hər gün sərnişindaşıma fəaliyyəti göstərəcək.

Yenisabah.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.

Qeyd olunub ki, beləliklə, metro sərnişinləri və idmansevərlər ay ərzində metropolitendən rahat istifadə edəcəklər. Sezar pizza

Qeyd edək ki, Bakıda keçiriləcək futbol üzrə UEFA Avropa çempionatının final mərhələsinin oyunları ilə əlaqədar futbol azarkeşlərinin, akkreditə olunmuş şəxslərin və şəhərimizin qonaqlarının marağını nəzərə alaraq, matçlar başa çatandan sonra gecə saat 02:00-a qədər metropoliten sərnişindaşıma fəaliyyəti göstərəcək.

Avropa çempionatına akkreditə olunmuş şəxslər Bakı metropolitenindən gediş haqqı ödəmədən və müvafiq vəsiqəni təqdim edərək istifadə edə biləcəklər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!