Metro xətləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq?

saytların hazırlanması

Evə çatdırılma

Metro xətləri ayrılır: Əvəzləyici avtobuslar ödənişli olacaq?

Sosial

04 Avqust 2026 14:21 96


Avqustun 15-dən "Nizami" və "28 May" stansiyaları arasında fəaliyyət göstərəcək əlavə avtobuslar ödənişli olacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat yayıb.

Onun sözlərinə görə, avtobuslar arasında interval 2 dəqiqə 30 saniyə olacaq: pizza sifarişi

"Bu stansiyalar arasında 6 ekspres avtobus fəaliyyət göstərəcək. Bununla sərnişinlərə metrodan istifadə etmədən şəhərin bir nöqtəsindən digərinə, yəni əsas axın istiqamətləri üzrə hərəkət etmək imkanı yaradılacaq. İlk baxışda "28 May"-"Nizami" stansiyaları arasında avtobus əlaqəsinin yaradılması asan görünür. Lakin məlumdur ki, bir metro qatarı 1 600 sərnişin daşıyır. İntervallar bütün nəqliyyat növləri arasında mövcud ən minimal həddədir. Yəni "İçərişəhər"-"Həzi Aslanov" istiqamətini götürsək, 2 dəqiqə 30 saniyədən bir qatar daxil olur və avtobusların intervalının isə 5 dəqiqədən az etmək mümkün olmadığını nəzərə alsaq, bu təxminən 40-a yaxın 80 nəfər tutumlu avtobus deməkdir".

Xatırladaq ki, gələn həftənin sonunda metronun Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə start veriləcək. Bu müddət ərzində "Dərnəgül" istiqamətindən hərəkət edən qatarlar "Nizami" stansiyasına qədər hərəkət edəcək və oradan geri qayıdacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!