“Yaxın bir il ərzində metroda gedişhaqqının artacağı gözlənilmir”.
Bu sözləri iqtisadçı Xalid Kərimli “Yeni Sabah”a açıqlamasında deyib.
O bildirib ki, əhalinin narahatlığına əsas yoxdur: pizza
“Metro əhali üçün sosial cəhətdən önəm daşıyan nəqliyyat vasitəsidir. Bu səbəbdən sözügedən qurum həmişə dövlət tərəfindən subsidiyalaşdırılır. Metrolarda gedişhaqqının bahalaşması ilə bağlı iddialar əsassızdır. Çünki bu qurum il sonunda həmişə cəmiyyət üçün buna bənzər açıqlamalar verib. Bir nəfər üçün daşınma xərcinin 68 qəpik olması, gedişhaqqının yenidən yüksələcəyi mənasına gəlmir. Çünki bu məsələlər dövlət tərəfindən tənzimlənir. Burada hər hansı bahalaşma anonsundan söhbət gedə bilməz”.
Aytac Şahin
Telegram kanalımız