Metroda koronavirus xətəsi tutuldu: “Hava almağa çıxmışdım” - Foto

saytların hazırlanması

Evə çatdırılma

Metroda koronavirus xətəsi tutuldu: “Hava almağa çıxmışdım” - Foto

Sosial

24 Oktyabr 2021 19:58 713


Bakıda daha bir aktiv koronavirus xəstəsi ictimaiyyət arasında saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O, bununla bağlı “Facebook” profilində məlumat verib: Dominos pizza

“Bir az əvvəl metronun “Avtovağzal” stansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb. Deyir, hava almağa çıxmışdım. Bu əməlin adı cinayətkarcasına özünəgüvənmədir, etinasızlıqdır. Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub. Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!