Metronun “28 May” stansiyasının önünə texnika cəlb edildi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Metronun “28 May” stansiyasının önünə texnika cəlb edildi - Foto

Sosial

13 İyun 2024 18:14 15779


Metronun "28 May" stansiyasının qarşısındakı avtomobillərin girişi üçün bağlanan Cəfər Cabbarlı meydanında yenidənqurma işlərinə başlanılır.

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.

Qeyd olunub ki, müvafiq işçi qüvvəsi və texnika artıq əraziyə cəlb edilib. Sezar pizza

Ərazidə hansı işlərin görüləcəyi ilə bağlı hələ ki hər hansı açıqlama verilməyib.

Qeyd edək ki, bu meydana avtomobillərin girişi qadağan ediləndə orada asfalt örtüyünün xeyli azaldılacağı, yalnız ictimai nəqliyyatının hərəkətinə icazə veriləcəyi, velozolaqlar salınacağı və ağac əkilərək yaşıllaşdırma işlərinin aparılacağı ilə bağlı məlumatlar yayılmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!