“Metronun qiymətini guya 1 manata qaldırsanız, metro zərərsiz işləyəcək?” – ETİRAZ

saytların hazırlanması

Evə çatdırılma

“Metronun qiymətini guya 1 manata qaldırsanız, metro zərərsiz işləyəcək?” – ETİRAZ

Sosial

14 Sentyabr 2026 11:03 85


“Təkrar edirəm: Metro kimi bahalı xidməti ayaqda saxlamağa əhalimizin indiki gəlirləri qadir deyil. Metronun qiymətini guya 1 manata qaldırsanız, metro zərərsiz işləyəcək? Əsla işləməyəcək!”

“Yeni Sabah” xəbər verir ki, bu barədə Respublikaçı Alternativ Partiyasının sabiq sədri İlqar Məmmədov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, metronun zərərlə işləməsinin səbəbinin geniş iqtisadi mənası var:

“Mənası odur ki, Azərbaycan vətəndaşları kasıbdır. Bütövlükdə bir iqtisadi orqanizm olaraq metro kimi bahalı nəqliyyat xidmətini tam şəkildə ödəməyə ödəniş qabiliyyətimiz çatmır. Pepperoni pizza

Təkrar edirəm: Yeni Azərbaycan Partiyası hökuməti iqtisadiyyatı elə çalışdıra bilmir ki, iqtisadiyyat yeni sərvət yaratsın, yeni zənginlik yaratsın və bunun nəticəsində vətəndaşımız ya birbaşa, ya da dolayısı ilə, yəni vergi vasitəsilə, metro xidmətinin qiymətini tam ödəyə bilsin.

Təkrar edirəm: Metropoliten "sərnişindən və dövlətdən ildə üst-üstə 150 milyon manat alıram, amma xərcim 300 milyondur və onun yarısını əsas vəsaitlərin dəyər itirməsi təşkil edir deyəndə", bu, metro infrastrukturunun o qədər də uzaq olmayan gələcəkdə köhnəlmə səbəbilə daha da böyük itkilərə səbəb olacağına işarədir”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!