Meyiti tapılan erməni əsgərlər seksual zorakılığa görə öldürülüb

saytların hazırlanması

Evə çatdırılma

Meyiti tapılan erməni əsgərlər seksual zorakılığa görə öldürülüb

Hadisə

19 Avqust 2021 18:42 1965


Avqustun 19-da Ermənistanın cənub-şərq bölgəsindəki döyüş postlarının birində güllə yarası almış üç əsgərin meyiti tapılıb.

Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin məlumatına görə, bunlar 2002-ci il təvəllüdlü sıravi əsgərlər Murad Muradyan, Levon Harutyunyan və Qor Sahakyandır.

Ermənistan Müdafiə Nazirliyi Zəngəzur bölgəsindəki sözügedən postda baş vermiş hadisəyə Azərbaycan tərəfinin aidiyyəti olduğu ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlara inanmamağa və rəsmi araşdırmanın nəticələrini izləməyə çağırıb.

Hadisənin təfərrüatları araşdırılır.

Modern.az xəbər verir ki, Ermənistanın bəzi xəbər saytlarının sosial şəbəkələrdəki paylaşımlarında bildirilib ki, hadisənin yeni xidmətə başlamış gənc əsgər tərəfindən törədildiyi ehtimal olunur. Bu məlumatlara görə, yenicə xidmətə başlamış gənc erməni əsgər ona qarşı edilən seksual hərəkətlərə dözməyərək, adları çəkilən həmin üç hərbçini güllələyib.

Onun istintaqa cəlb edildiyi haqda da xəbər verilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!