18 Avqust - 05:23
Meymunçiçəyindən necə qorunmaq olar? - TƏBİB üsullarını açıqladı

Meymunçiçəyindən necə qorunmaq olar? - TƏBİB üsullarını açıqladı

Sosial

04 Avqust 2022 10:06 588


Meymunçiçəyinin əlamətlərini açıqlanıb. 

TƏBİB-dən "Yeni Sabah"a verilən məlumata görtə, meymunçiçəyinin əlamətləri baş ağrıları, bədənin hər hansısa hissəsində yaranan qabarıq səpgilər, yüksək hərarət, düz bağırsaqda iltihab və ağrı, limfa düyünlərində şişkinlik və əsasən bel ağrıları ilə özünü biruzə verə bilər.

"Əgər meymunçiçəyi xəstəliyinə yoluxduğunuzu düşünürsünüzsə həkiminizlə əlaqə saxlayın. Daha sonra həkim tövsiyəsinə uyğun olaraq meymunçiçəyi ilə bağlı test verin.

Meymunçiçəyindən qorunmaq üçün əllərinizi tez-tez sabun ilə yuyun, dezinfeksiyaedici vasitələrdən istifadə edin. Xəstəliyin simptomlarını hiss etdiyiniz insanlarla ünsiyyətdən çəkinin, onlarla aranızda fiziki məsafə saxlayın",- qurumdan qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!