Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı   - AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı pulsuzluqdan taksi sürməyə başladı - AÇIQLAMA

Şou

17 Dekabr 2020 12:48 2607


Pandemiya ərəfəsində ciddi maddi sıxıntılar yaşayan meyxanaçı Samirə Yusifqızı karantin sərtləşdikdən sonra vəziyyətinin daha da çətinləşdiyini bildirib.

Yenisabah.az-a danışan söz ustadı pul qazanmaq üçün taksi sürdüyünü deyib:

“Vəziyyət yaxşı deyil. Taksi sürürəm, elə bu dəqiqə taksidəyəm, müştəri aparıram. Artıq sürücülük etməyə başladım, vəziyyət belədir. Bundan sonra nə edəcəyimi bilmirəm. Yalnız düşünürəm ki, maşının gündəlik icarə pulunu necə verim, necə benzin töküb şəhərə çıxım ki, axşam evimə 5 manat pula apara bilim. Hələ ki, başqa heç nə fikirləşmirəm”. Pepperoni pizza

59 yaşlı sənətçi bir müddət əvvəl satışa çıxardığı evinin hələ də satılmadığını qeyd edib:

“Əhmədlidəki evimi satışa qoymuşdum. O da hələ satılmayıb. Heç olmasa o satılsaydı, borclarımın bir qismini ödəyərdim”.

Xatırladaq ki, S.Yusifqızı bir müddət əvvəl pulsuzluqdan sosial şəbəkə hesabında kürk, dəri gödəkcələrini satışa çıxarmışdı.

Əsmətxanım


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!