Meyxanaçı taksi sürdüyü günlərdən danışdı:  “Çantaya 50 manat atırdı”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı taksi sürdüyü günlərdən danışdı: “Çantaya 50 manat atırdı” - VİDEO

Şou

24 Noyabr 2023 16:41 983


Pandemiya dövründə taksi sürücülüyü ilə məşğul olan meyxanaçı Samirə Yusifqızı həmin günlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, ifaçı “Xəzər axşamı” proqramında xatirələrini bölüşüb:

“Pandemiya dövründə taksi sürücülüyü edirdim. Təbii ki, o dövrdə maskada olurduq, lakin səsimi çıxaran kimi insanlar məni tanıyırdı. Xalqımıza qurban olum, əsasən də xanımlara, mənə nə qədər hörmət edirdilər ki. Bəzən elə olurdu ki, gediş haqqına əlavəsi ilə verib deyirdilər, Samirə xanım, 5 dəqiqə gözləyin, gəlirəm. Qalxırdı evə, bir də görürdüm əlində çanta, mənə sovqat gətirib, çantanın içinə də 20-50 manat atıb. Toyuqlu pizza

Hətta qazi aparmışam, evə çatana yaxın zəng vurub arvadına ki, qapını aç, qonağımız var. İkiqat pulu verib, hətta bala qədər mənə pay qoyub.

Düzdür, qəpik verib düşənlər də olub, amma heç nə deməmişəm, Allah canlarını sağ eləsin, insandır, ola bilsin, imkanı olmayıb. Hər kəsi öpürəm, bağrıma basıram”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!