Meyxanaçı Vüqar bu maddə ilə ittiham olunur   - İş məhkəməyə göndərilib

saytların hazırlanması

Evə çatdırılma

Meyxanaçı Vüqar bu maddə ilə ittiham olunur - İş məhkəməyə göndərilib

Şou

13 Oktyabr 2023 18:22 960


Meyxana ustadı Vüqar Əbdülov barəsində inzibati iş başlanıb. 

Yenisabah.az xəbər verir ki, meyxana ustadı İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi) maddəsi ilə ittiham edilir.

İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Elnurə Rəcəbova iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.  pizza mizza

529.3-cü maddədə cəza növü olaraq nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.

Maddədən həm də o aydın olur ki, Vüqar Əbdülov bundan əvvəl yol hərəkəti qaydaları əleyhinə inzibati xəta törədib və buna görə ona cərimə yazılıb. Lakin meyxana ustadı cəriməni ödəməyib./Qaynarinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!