Məzahir Əfəndiyev niyə həbs olunmadı?

saytların hazırlanması

Evə çatdırılma

Məzahir Əfəndiyev niyə həbs olunmadı?

Sosial

16 Oktyabr 2026 13:36 133


“Toxunulmazlıq həbslə bağlıdır. Bəli, həbs oluna bilməz, amma başqa sanksiyalar, cərimə tətbiq oluna bilər axı".

"Yeni Sabah" pravda.az-a istinadla xəbər verir ki, bunu hüquqşünas Əkrəm Həsənov bildirib.

O, Yasamal Rayon Məhkəməsinin yol cərimələrini ödəmədiyinə görə deputat Məzahir Əfəndiyev barəsində aparılan 9 inzibati işə xitam verməsi ilə razılaşmayıb. pizza hut

“Toxunulmazlıq həbslə bağlıdır. Bəli, həbs oluna bilməz, amma başqa sanksiyalar, cərimə tətbiq oluna bilər axı. Xatırladıram ki, pandemiya dövründə Siyavuş Novruzov pandemiya qaydalarını pozduğuna görə cərimə olunmuşdu. Toxunulmazlığın buna aidiyyatı yoxdur. Buna görə də məhkəmənin mövqeyi mənə aydın deyil”.

Xatırladaq ki, Yasamal Rayon məhkəməsi M.Əfəndiyevin deputat toxunulmazlığını əsas gətirərək onun barəsində inzibati tənbeh tətbiq edilməsini mümkün saymayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!