“Mihrimah Sultan” boşandı

saytların hazırlanması

Evə çatdırılma

“Mihrimah Sultan” boşandı

Şou

28 Aprel 2026 13:23 120


Aktrisa Pelin Karahan ilə iş adamı Bedri Güntay 12 illik evliliklərinə son qoyublar.

“Yeni Sabah” xəbər verir ki, cütlük qarşılıqlı razılıq əsasında boşanıb.

2014-cü ildə nikah masasına əyləşən tərəflərin Ali Demir və Eyüp Can adlı iki oğlu var.

Onlar sosial şəbəkə hesablarında yaydıqları birgə açıqlamada bildiriblər:

“Bu gündən etibarən evliliyimizi qarşılıqlı sevgi və hörmət çərçivəsində, razılaşma yolu ilə sonlandırmışıq. Bundan sonrakı mərhələdə də 2 övladımızın valideynləri olaraq ortaq məsuliyyətimiz və bir-birimizə olan hörmətimiz davam edəcək.

Övladlarımızın ali mənafeyinin qorunması və inkişaf proseslərinin mənfi təsirlənməməsi üçün media nümayəndələrindən və ictimaiyyətdən ailə həyatımızın məxfiliyinə həssas yanaşmağı xahiş edirik. Bu mövzu ilə bağlı edəcəyimiz ilk və son açıqlama budur. Hörmətlə”.

Qeyd edək ki, aktirsa “Muhteşem yüzyıl” serialında canlandırığı “Mihrimah Sultan” obrazı ilə məşhurdur. 

Aydan Hacı


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!