Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov BVF missiya rəhbəri ilə əməkdaşlıq məsələlərini müzakirə etdi

İqtisadiyyat

04 Fevral 2025 19:32 257


İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.

BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!