Mikayıl Cabbarov İrakli Qaribaşvili ilə görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov İrakli Qaribaşvili ilə görüşdü

Siyasət

29 Sentyabr 2023 18:51 496


Gürcüstan və Azərbaycan arasında mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. 

Məlumata görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edib.

Qəbulda iqtisadi münasibətlərin genişləndirilməsi barədə aparılan müzakirələrin önəmi, tərəfdaşlığın inkişafı istiqamətləri vurğulanıb, potensial layihələrin həyata keçirilməsinin ölkələrimiz üçün faydaları qeyd olunub. Görüşdə mövcud strateji əlaqələr və əməkdaşlığın gələcək perspektivləri nəzərdən keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!