Mikayıl Cabbarov Zəfər Günü ilə bağlı paylaşım edib

saytların hazırlanması

Evə çatdırılma

Mikayıl Cabbarov Zəfər Günü ilə bağlı paylaşım edib

Sosial

08 Noyabr 2025 10:02 277


İqtisadiyyat naziri Mikayıl Cabbarov 8 noyabr - Zəfər Günü ilə bağlı paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.

"Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə şanlı ordumuzun qətiyyətli mübarizəsi nəticəsində qazandığımız parlaq zəfərin 5 illiyini böyük qürurla qeyd edirik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ölkəmizin qlobal nüfuzunun artması, iqtisadi suverenliyinin möhkəmləndirilməsi və yüksək sosial rifah cəmiyyətinin bərqərar olması üçün möhkəm bünövrə formalaşdırıb. Birliyimizin və qüdrətli dövlətimizin yenilməzliyini ifadə edən Zəfər Günü münasibətilə təbriklərimizi çatdırır, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Yaşasın qüdrətli Azərbaycan!"


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!