“2012-ci ildə buraxılış imtahanlarının keçirilməsi Dövlət İmtahan Mərkəzinə (DİM) həvalə olundu. Bu qərarla bağlı geniş və gərgin müzakirələr aparıldı. Buraxılış imtahanlarında riyaziyyat və Azərbaycan dili əsas fənlər idi. Üçüncü fənnin hansı olması ilə bağlı müxtəlif təkliflər irəli sürüldü”.
“Yeni Sabah" "Azərbaycan müəllimi”nə istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə “bildirib.
Onun sözlərinə görə, həmin ildə təhsil naziri olan Mikayıl Cabbarovun təkidi ilə xarici dil buraxılış imtahanı fənlərinin siyahısına daxil edilib:
“Açığını desəm, üçüncü fənnin xarici dil olmasının əleyhinə idim. Çünki bəzi məktəblərin verdikləri attestatlarda xarici dil fənninin tədris olunmadığı qeyd edilirdi. Hətta elə hallar olurdu ki, müəyyən məktəblərdə bu fənn cəmi bir-iki il tədris edilmiş, müəllim çatışmazlığı səbəbindən sonradan dayandırılmışdı. Buna görə də həmin fənnin buraxılış imtahanı fənləri siyahısına daxil edilməsini məqsədəuyğun hesab etmirdik”.
Telegram kanalımız