Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Milli Hidrometeorologiya Xidməti faktiki havanı açıqladı

Sosial

04 Noyabr 2023 09:22 567


Noyabrın 4-ü saat 9:00-a olan məlumatına əsasən, 03-də axşam, 04-də gecə və səhər bəzi yerlərdə arabir yağış yağıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Şahdağın 3000 metr yüksəkliklərinə qar yağıb. pizza

Düşən yağıntının miqdarı Şəki, Zaqatala, Balakəndə 3 mm, Qax, Quba, Ordubad, Şahbuz, Sədərək, Şərurda, İmişli, Şabran, Sabirabad, Lənkəran, Naxçıvan, Qusar, Şahdağ, Mingəçevir, Kürdəmirdə 2 mm-dək olub.

Duman Şərur, Biləsuvar, Cəfərxan, Lerik, Qobustan, Şamaxı, Qusar, Quba, Sumqayıtda müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Qərb küləyi arabir Naftalanda 18 m/s-dək güclənib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!