Milli Kitabxananın əməkdaşları işə çıxmaqdan imtina etdi

saytların hazırlanması

Evə çatdırılma

Milli Kitabxananın əməkdaşları işə çıxmaqdan imtina etdi

Sosial

20 Sentyabr 2023 10:57 721


Azərbaycan Milli Kitabxanasının əməkdaşları bu gün işə çıxmamağa qərar veriblər. 

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, buna səbəb Gülüstan Sarayında keçiriləcək Milli Kitabxananın 100 illik yubiley tədbirinə sıravi işçilərin dəvət edilməməsidir. 

Tədbirdə yalnız Milli Kitabxananın rəhbərliyi qatılacaq. Digər iddiaya görə, Milli Kitabxananın rəhbərliyi maaşa edilən əlavələri də vermək istəmir, həmin vəsaitin Gülüstan sarayında tədbirin təşkilinə xərcləndiyi bildirilir.  pizza hut

Milli Kitabxananın elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova bununla bağlı telefon zənglərinə cavab verməyib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!