Milli Məclis Kamran Əliyevi namizədliyini təsdiqlədi

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclis Kamran Əliyevi namizədliyini təsdiqlədi

Siyasət

01 May 2025 11:26 394


Bu gün Milli Məclisin iclasında “Azərbaycan Respublikasının baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ müzakirəyə çıxarılıb.

Yenisabah.az xəbər verir ki, Prezident İlham Əliyev Baş prokuror vəzifəsinə yenidən Kamran Əliyevin namizədliyini irəli sürüb.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq qəbul edilib. pizza mizza

"Prokurorluq haqqında qanun"un 16-cı maddəsinə əsasən, Azərbaycan Respublikası baş prokurorunun, Azərbaycan Respublikası hərbi prokurorunun, Naxçıvan Muxtar Respublikası prokurorunun, ərazi və ixtisaslaşdırılmış prokurorların səlahiyyət müddəti 5 ildir. Kamran Əliyev 1 may 2020-ci ildə Baş prokuror təyin edilib.

Konstitusiyaya əsasən, Azərbaycan Respublikasının Prezidentinin təqdimatına əsasən Milli Məclis Azərbaycan Respublikası baş prokurorunun vəzifəyə təyin və vəzifədən azad edilməsinə razılıq verir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!