Milli Məclisdə vətəndaş nikahı müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Milli Məclisdə vətəndaş nikahı müzakirə olundu

Sosial

23 Aprel 2024 13:48 466


Vətəndaş nikahı Avropadan Azərbaycana keçib.

Yenisabah.az APA-ya xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.

Fəzail Ağamalı qeyd edib ki, Avropada araşdırmalara görə, vətəndaş nikahı azalır: “Amma Azərbaycanda vətəndaş nikahı getdikcə artır. Son 10 ildə vətəndaş nikahından doğulan uşaqların sayı şəhərlərdə 3 dəfə, kənd və rayonlarda isə 6 dəfəyə qədər artıb". Marqarita pizza

Deputat, həmçinin, vətəndaş nikahının insanlara yaratdığı çətinliklərdən bəhs edib.

Sədr Sahibə Qafarova isə qeyd edib ki, vətəndaş nikahı qanunsuzdur: “Kişi də, qadın da bunu bilir. Ona görə də vətəndaş nikahına girməsinlər”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!