Milli Qəhrəman Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəman Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək

Hadisə

29 Dekabr 2025 19:35 613


İsveçin Malmö şəhərində vəfat edən Azərbaycan Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın oğlu Şahin Tağıyev məlumat verib.

O bildirib ki, bunun üçün artıq Azərbaycanın İsveçdəki səfirliyinə müraciət ediblər: pizza hut

"Atamın nəşinin Bakıya aparılmasını planlaşdırırıq. Artıq bu barədə səfirliklə əlaqə saxlamışıq. Sağ olsunlar, çox kömək olurlar. Atamın harada dəfn olunacağı isə hələlik məlum deyil, çünki biz Azərbaycanda yaşamırdıq", - deyə o qeyd edib.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.

İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!