Ukraynada müharibə ilə əlaqədar Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryogin ailəsinin təxliyəsi istiqamətində təxirəsalınmaz işlər aparılır.
Yenisabah.az xəbər verir ki, bu barədə deputat, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev məlumat yayıb.
Onun sözlərinə görə, Seryogin ailəsinin Xarkov şəhərində yerləşən binasına mərmi düşməsi nəticəsində onların mənzili tamamilə dağılıb. Dördpendirli pizza
Milli Qəhrəmanın ailə üzvlərini Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov qarşılayacaq və ailənin tam təhlükəsiz olaraq Bakıya uçuşunu təşkil edəcək.
Azərbaycanın Milli Qəhrəmanı Viktor Vasilyevic Seryoginin ailəsinin təhlükəsiz şəkildə Bakıya qayıtması və dövlət tərəfindən şəhid ailələri üçün təsis olunan bütün imtiyazlardan istifadə etməsi, xüsusilə bu ailələrə verilən mənzillə təmin olunması üçün bütün mümkün əlaqələrdən istifadə edilir. Bu haqda əlaqədar qurumlara rəsmi müraciətlər olunub.
Qeyd edək ki, Viktor Seryogin Azərbaycanın Hərbi Hava Qüvvələrinin yaradılmasında böyük xidmətləri olmuş və dəfələrlə orden və medallarla təltif olunub.
Telegram kanalımız