Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olundu - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Milli Qəhrəmanın məzarı 31 ildən sonra ziyarət olundu - Fotolar

Sosial

02 Noyabr 2023 23:24 742


Milli Qəhrəman Faiq Rəfiyevin məzarı 31 ildən sonra ailə üzvləri tərəfindən ziyarət olunub.

1955-ci il fevral ayının 22-də Füzuli rayonunun Saracıq kəndində anadan olan R.Rəfiyev Rusiyada hərbi xidmətdən təxris olunduqdan sonra Arxangelsk vilayətində milis sistemində çalışmağa başlayıb.

Ardından leytenant rütbəsi alaraq sahə müvəkkili kimi fəaliyyətini davam etdirib. pizza hut

Qanli yanvar hadisələrindən sonra Azərbaycana qayıdaraq Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib və təcrübəsi nəzərə alınaraq, Xocavənd rayonuna sahə müvəkkili təyin olunub.

Birinci Qarabağ müharibəsində zabit kimi iştirak edən F.Rəfiyev xüsusilə, Axullu, Tuğ, Qaradağlı kəndlərinin qorunması üçün gedən döyüşlərdə şücaət göstərib.

9 yanvar 1992-ci ildə Köçbəy kəndinin erməni silahlılarından təmizlənməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub.

Qeyd edək ki, Faiq Rəfiyev doğulduğu Saracıq kəndində dəfn olunub.

Ölümündən sonra isə “Milli Qəhrəman” adına layiq görülüb.

 

/Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!