Rusiya Daxili İşlər Nazirliyi “Vətəndaşlıq haqqında” Qanuna milli təhlükəsizliyə təhlükə yarandıqda vətəndaşlıqdan məhrum edilməsini nəzərdə tutan düzəlişi dəstəkləyib.
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə nazirliyin Miqrasiya üzrə Baş İdarəsinin rəisi Valentina Kazakova danışıb.
Dövlət Dumasının komitə iclasında o bildirib ki, düzəliş Prezident Administrasiyası və Federal Təhlükəsizlik Xidmətində təsdiqlənib. pizza hut
V. Kazakova xatırladıb ki, vətəndaşlıq alarkən insan and içilir, qanunlara əməl etməyi, Rusiyanı sevməyi öhdəsinə götürür, həmçinin milli təhlükəsizliyə təhlükə yaratmayacağına söz verir.
Daxili İşlər Nazirliyinin nümayəndəsi vurğulayıb ki, dövlət həm Rusiya vətəndaşlığını vermək, həm də onu götürmək hüququna malikdir. Bununla belə, vətəndaşın qərardan məhkəməyə şikayət etmək hüququ olacaq.
Telegram kanalımız