Milyon dollarlıq investisiya niyə ölkəyə gəlmir? -   İqtisadçı səbəbi açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Milyon dollarlıq investisiya niyə ölkəyə gəlmir? - İqtisadçı səbəbi açıqladı

İqtisadiyyat

18 Avqust 2026 11:36 39


“Azərbaycan hökumətinin İKT və İT sektorunu prioritet sahə elan etməsinə, ciddi vergi güzəştləri tətbiq olunmasına və müvafiq qurumların dəstək təşəbbüslərinə baxmayaraq, ölkədə iqtisadi və hüquqi mexanizmlərin fəaliyyətindəki çatışmazlıqlar sahənin gözlənilən tempi qazanmasına mane olur”.

"Yeni Sabah" xəbər verir ki, bu fikirləri iqtidadçı Natiq Cəfərli paylaşımında bildirib. Onun sözlərinə görə, hazırda ölkədə cəmi 150–160 aktiv startap qeydiyyatdadır:

“Azərbaycanın startap ekosisteminin ümumi dəyəri təxminən 590 milyon dollar qiymətləndirilsə də, layihələrin maliyyələşmə miqyası hələ də kifayət qədər kiçikdir. Ötən il yerli 22 startap ümumilikdə cəmi 2,62 milyon dollar investisiya cəlb edə bilib. Sezar pizza

Sektorda fəaliyyət göstərən üç əsas vençur fondunun – "Caucasus Ventures", "INMerge Ventures" və "Tumar Ventures"in ümumi kapitalı təxminən 11 milyon dollar təşkil edir. Cari ilin göstəricilərinə əsasən isə İKT sektoruna yatırılan investisiyaların ümumi həcmi cəmi 175 milyon dollar olub”.

İqtisadçı qeyd edib ki, region ölkələrindəki mənzərə simplifies başqa bir mənzərə ortaya qoyur:

“Məsələn, Qazaxıstanda gənc İT mütəxəssisi Aleks Maşrabovun təsisçilərindən biri olduğu və süni intellekt əsasında video yaratma platforması kimi tanınan "Higgsfield" startapı cəmi 1,5 il öncə yaradılıb. Sözügedən startap keçən həftə keçirilən növbəti investisiya raundunda 400 milyon dollar cəlb edərək bazar dəyərini 5,4 milyard dollara çatdırıb.

Müqayisəli rəqəmlər göstərir ki, Azərbaycanda İKT və startap mühitinin qlobal rəqabətə tab gətirə bilməsi üçün vergi güzəştlərindən daha dərin hüquqi və iqtisadi islahatlara ehtiyac var”.

Cəlalə Cəlalqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!