“Min hoqqadan çıxıb sonra belinə qırmızı bağlayıb gəlin olurlar“

saytların hazırlanması

Evə çatdırılma

“Min hoqqadan çıxıb sonra belinə qırmızı bağlayıb gəlin olurlar“

Şou

04 İyul 2023 17:13 1472


"Oğlan uşaqları azaddır. Amma qız uşaqlarına ciddi bir qadağa, fərqli münasibət var. Düşünün, vətəndaş nikahı ilə yaşayan, münasibətdə olan qıza mentalitet tərəfdən necə yanaşırlar. Bunu gətirib əxlaq tərəfinə bağlayacaqlar. Amma bunun fiziki, tibbi tərəfləri var. Nə qədər doğrudur? Mən də övladımı elə böyüdürəm, amma... Qızların qaş alma prosesi yaxın illərdə baş verdi. Məktəb vaxtımızda bığlı, saqqallı gəzirdik".

Yenisabah.az Axşam-a istinadla xəbər verir ki, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı verilişində deyib.

O, qızlara qoyulan qadağalardan, ayrı-seçkilikdən danışıb. pizza mizza

Aparıcı bildirib ki, cəmiyyət ailə qurmadan münasibətdə olan qadınlara əxlaqsız kimi yanaşır:

"30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən? Yalandan toy et, birini gətir otuzdur yanında.

Oğlan uşağı azaddır. Qız bu cür addım atsa, gizlin etməlidir. Açıq-aşkar etsə, gətirib əxlaqa bağlayacaqlar. 30 yaşı var, qadın addım atsa, cəmiyyət daşlayacaq. 25-30 yaşındakı bir qadın ailə qurmayıbsa, qadının dünyaya uşaq gətirməsi, kiminləsə münasibət qurması olmaz. Bəzən yalandan don geyindiririk.

Öz həyatını yaşayanlar var. "El-aləm nə deyər" düşüncəsi ilə gizli edilir. Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə oturanlar var. Bu yalanı niyə sırıyırıq axı?"


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!