Mina qəzəbləndi: “Videolarımı özünüz silin, yoxsa...”

saytların hazırlanması

Evə çatdırılma

Mina qəzəbləndi: “Videolarımı özünüz silin, yoxsa...”

Şou

17 Mart 2025 10:22 276


Müğənni Mina Hüseyn sosial şəbəkə hesabında "YouTube"  platformasında onun haqqında müxtəlif videolar paylaşan kanallara müraciət edib.

Yenisabah.az xəbər verir ki, o, paylaşımında bu cür videoların öz təşəbbüsləri ilə silinməsini xahiş edib.

Müğənni bildirib ki, heç kimin qazancına mane olmaq və ya kiməsə pislik etmək niyyətində deyil. O, paylaşımında deyib: pizza mizza

"Hər kəsə salam! Buradan "YouTube" platformasında kanal açıb mənim haqqımda müxtəlif videolar paylaşan (əsas da xəbər tipli) hər kəsə müraciət edirəm. Xahiş edirəm, həmin videoları özünüz siləsiniz.

Mən heç kimin ruzisinə mane olmaq və ya kiməsə pislik etmək istəmirəm. Başa düşürəm ki, YouTube üzərindən gəlir qazanan müxtəlif kanallar var. Buna görə də, rəsmi şəkildə şikayət edərək (strike atıb) videoları sildirmək niyyətində deyiləm. Sadəcə, sizdən xahiş edirəm ki, mənim haqqımda yaymladığınız bütün videoları öz təşəbbüsünüzlə siləsiniz."

Aytac Şahin


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!