Mingəçevirdə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildilər   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Mingəçevirdə yaşayış binasında yanğın: Sakinlər təxliyə edildilər - FOTOLAR

Hadisə

13 Sentyabr 2026 17:38 77


Mingəçevir şəhərində çoxmənzilli yaşayış binasında yanğın baş verib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, nazirliyin "112" qaynar telefon xəttinə Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub. Toyuqlu pizza

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Mingəçevir Şəhər Yanğından Mühafizə Dəstəsinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın şaxtasında elektrik kabellərində baş vermiş yanğın genişlənməsinə və mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində liftin şaxtası boyu 30 p.m elektrik kabeli yanıb. Mənzillər yanğından mühafizə edilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!