Sosial şəbəkələrdə son günlər sürətlə yayılan "mini you" trendi məşhurların da marağına səbəb olub. İstifadəçilər uşaqlıq və indiki fotolarını eyni paylaşımda təqdim edərək illər ərzindəki dəyişikliklərini nümayiş etdirirlər.
"Yeni Sabah" xəbər verir ki, tanınmış teleaparıcı Vüsalə Əlizadə də bu trendə qoşulub.
O, instaqram hesabının hekayə bölməsində uşaqlıq illərinə aid fotosunu indiki görüntüsü ilə yanaşı paylaşıb. Kollajda yuxarı hissədə aparıcının balaca yaşlarında çəkilmiş şəkli, aşağı hissədə isə hazırkı fotosu yer alıb. pizza mizza
Paylaşım izləyicilər tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, Vüsalə Əlizadə bir neçə gün əvvəl kirayədə yaşadığını açıqlaması ilə gündəmə gəlmişdi. Aparıcı illərdir övladının təhsili və gələcəyi naminə kirayə evlərdə yaşadığını, hazırda isə qaldığı mənzildən köçdüyünü bildirmiş, tezliklə öz evinə köçəcəyinə ümid etdiyini qeyd etmişdi.
Əsmətxanım Rzazadə

Telegram kanalımız