“Miniboss Business School Baku”nun ilk startap forumu keçirildi - Video

saytların hazırlanması

Evə çatdırılma

“Miniboss Business School Baku”nun ilk startap forumu keçirildi - Video

Sosial

03 Aprel 2021 21:56 1111


Bu gün “Miniboss Business School Baku”nun ilk startap forumu keçirilib.

Biznes məktəbin tədris proqramının tərkib hissəsi olan startap forumunun məqsədi uşaq və yeniyetmələri biznes ideyaların yaradılması üçün həvəsləndirmək, peşəkar mütəxəssislər tərəfindən bu ideyaların formalaşdırılmasına dəstək göstərilməsidir.

Məktəbin təsisçisi Nərminə Həsənova bildirib ki, hər ilin yaz ayında startap forumu keçirilir və burada uşaqlar öz ideyalarını investorların qarşısında prezentasiya edirlər. Toyuqlu pizza

Tədbirdə biznes məktəbin 6-14 yaş qrupundakı şagirdləri peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti qarşında çıxış edərək startap layihələrinin ideyalarını təqdim ediblər.

Sonda münsiflər tərəfindən iştirakçılara sertifikatlar və hədiyyələr təqdim olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!