Müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi başlayır.
Yenisabah.az Report-a istinadla xəbər verir ki, bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi məlumat yayıb.
Sabah saat 11:00-dan etibarən bütün fənlər üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Marqarita pizza
Bütün fənlər üzrə 40 və daha yüksək bal toplamış namizədlər 31 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.
Telegram kanalımız