Mir Mövsüm Ağanın ziyarətgahına gedən avtobusun marşrutu dəyişdirildi

saytların hazırlanması

Evə çatdırılma

Mir Mövsüm Ağanın ziyarətgahına gedən avtobusun marşrutu dəyişdirildi

Sosial

31 İyul 2023 17:45 5806


Bakıda 112, 136 və 146 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə səbəb paytaxtın Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində (Mir Mövsüm Ağa məscidi yaxınlığında) yolun hərəkət hissəsində təmir-tikinti işlərinin aparılacağı ilə əlaqədar avtomobillərin hərəkətinin tam məhdudlaşdırılmasıdır. pizza

Məhdudiyyətlərə uyğun olaraq sözügedən marşrut xətləri üzrə hərəkət alternativ küçələrdən təşkil ediləcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutların əvvəlki sxem üzrə fəaliyyəti bərpa ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!