Mirzoyan: Rusiyanın münasibəti bizi təəccübləndirir

Mirzoyan: Rusiyanın münasibəti bizi təəccübləndirir

Rəsmi Veb saytların hazırlanması

03 Noyabr 2023 11:40 1721


Ermənistanla Rusiya arasında münasibətlərdə müəyyən problemlər var, lakin Yerevan onların dostluq şəraitində həllinə sadiqdir.

Yenisabah.az Armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

"Bizi Rusiya ilə çoxsaylı və çoxsəviyyəli əlaqələr bağlayır. İndi təbii ki, bu münasibətlərdə müəyyən problemlər var. Bizi nə isə qane etmir, Rusiyanın da eyni münasibəti olması bizi təəccübləndirir. Amma əminik ki, rusiyalı vəzifədaşlarımızın təəccübü müxtəlif media yayımlarında gördüyümüz siyasətin nəticəsidir. Amma bu, uzun əhvalat və ayrıca mövzudur", - deyə nazir parlamentdə çıxışı zamanı vurğulayıb.

Mirzoyanın sözlərinə görə, İrəvanın problemləri konstruktiv müzakirə etmək, həll etmək və dostluq şəraitində irəliləməkdən başqa mövqeyi yoxdur:

"Bu mövqeyimizdir, bu istiqamətdə işləyirik. Ümid edirik ki, nəticə verəcək. Amma bu, bir tərəfdən asılı deyil".

Nazir bəyan edib ki, İrəvan bundan sonra da Avropa İttifaqı və ABŞ-la münasibətləri dərinləşdirəcək və möhkəmləndirəcək:

"Mən Aİ-nin mülki müşahidə missiyasının Ermənistanın sərhəd sabitliyinin və təhlükəsizliyinin təmin edilməsində rolunu xüsusilə vurğulamaq istərdim. Aİ ilə yeni platformalar, yeni əməkdaşlıq sahələri, məsələn, siyasət və təhlükəsizlik sahəsində dialoqlar açırıq. ABŞ-la əlaqələrimizi inkişaf etdirməyə davam edəcəyik”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!