Misir Qəzza və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin zorla köçürülməsinə qarşı olduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, Misirin Baş naziri Mustafa Mədəbuli BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı ölkəsinin su təhlükəsizliyi və Fələstin məsələsinə toxunub. O bildirib ki, Nil çayı Misir üçün yalnız iqtisadi mənbə deyil, ölkənin tarix boyu mövcudluğu və inkişafı ilə bağlı əsas həyat mənbəyidir. Buna görə də su təhlükəsizliyi Misir üçün güzəştə gedilməyən həyati məsələdir.
Baş nazir Fələstin məsələsinin dünyadakı ədalətsizliyin ən açıq nümunələrindən biri olaraq qaldığını deyib. Onun sözlərinə görə, Fələstin xalqının üzləşdiyi ağrı, təzyiq və hüquq pozuntuları adi hala çevrilməməlidir. Mədəbuli Misirin Qəzza zolağı və İordan çayının qərb sahilində yaşayan fələstinlilərin zorla köçürülməsini qəti şəkildə rədd etdiyini vurğulayıb. “Barış bir xalqı torpaqlarından qoparmaq üzərində qurula bilməz”, - deyə o bildirib.Misir Baş naziri Qəzzada atəşkəsin bütün şərtlərinin yerinə yetirilməli və İsrail ordusunun bölgədən çıxarılmalı olduğunu söyləyib. Dominos pizza
O, həmçinin Qəzzada davam edən pozuntuların dayandırılmasını və humanitar yardımların bölgəyə daxil olmasına qoyulan maneələrin aradan qaldırılmasını tələb edib.
Əsmətxanım Rzazadə
Telegram kanalımız