MMA döyüşçüsünün arvadına zəng - Hadisə nə ilə bitdi

saytların hazırlanması

Evə çatdırılma

MMA döyüşçüsünün arvadına zəng - Hadisə nə ilə bitdi

İdman

28 Yanvar 2022 16:03 998


Tanınmış rusiyalı döyüşçü Maksim Divniç xoşagəlməz hadisə ilə üzləşib.

Yenisabah.az Apasport-a istinadən xəbər verir ki, bunu peşəkar rində 21 döyüşə çıxan idmançı öz sosial şəbəkəsində açıqlayıb.

O, Teleqram paylaşımında arvadına tanımadığı nömrədən zəng gəldiyini və hadisənin sonrakı axarını qeyd edib. Təsadüfən səhv nömrə yığan şəxs xanımla tanış olmağa cəhd edib.  pizza mizza

Bundan xəbər tutan MMA döyüşçüsü həmin adama zəng vurub. Onun “hardansan”, “nə işlə məşğulsan”, “arvadıma niyə zəng vurursan” kimi sualların cavablandıran şəxsin Moskvada yaşayan azərbaycanlı taksi sürücüsü Ruslan olduğu üzə çıxıb.

Həmyerlimiz təsadüfən xanıma zəng etdiyini bildirib. İdmançı ona bir də belə hərəkət etməməyi məsləhət görüb. Döyüşçü telefon zənginin videosunu da teleqram paylaşımında yerləşdirib.

Qeyd edək ki, Divniç 21 qarşılaşmada 15 qələbə qazanıb və 6 dəfə uduzub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!