MN polkovniki bu xəstəxananın sahibi imiş - FOTO

saytların hazırlanması

Evə çatdırılma

MN polkovniki bu xəstəxananın sahibi imiş - FOTO

Sosial

29 İyul 2026 14:50 451


Son günlər sosial şəbəkələrdə və müxtəlif platformalarda "Uzmanlar" Tibb Mərkəzinin faktiki sahibinin Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti polkovniki Anar İsmayılov olduğu barədə iddialar yayılıb.

“Yeni Sabah” Bakıvaxtı.az-a istinadla xəbər verir ki, Anar İsmayılovun uzun illər uroloq-androloq kimi fəaliyyət göstərdiyi müəyyən edilib. Hazırda da o, "Uzmanlar" Tibb Mərkəzinin həkimlərindən biri kimi təqdim olunur. Klinikanın rəsmi internet səhifəsində və müxtəlif tibbi platformalarda onun adı tibb mərkəzinin mütəxəssisləri sırasında yer alır.

Eyni zamanda, Anar İsmayılov Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsində çalışır. Bu barədə Müdafiə Nazirliyinin rəsmi məlumatlarında da qeyd olunur. pizza sifarişi


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!