Monteneqro millisinin baş məşqçisi Bakıda Tailanda qarşı keçirdikləri matçdan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Monteneqro millisinin baş məşqçisi Bakıda Tailanda qarşı keçirdikləri matçdan danışdı

Minifutbol 2025

23 May 2025 00:27 593


Monteneqro minifutbol millisinin baş məşqçisi Deyan Raspopoviç Bakıda təşkil olunan dünya çempionatının E qrupunda Tailanda qarşı keçirdikləri matçı dəyərləndirib.

Yenisabah.az xəbər verir ki, mütəxəssis "Report"a açıqlamasında ilk oyunda çoxlu səhvlərə yol verdiklərini söyləyib.

O buna baxmayaraq, qrupun favoriti olduqlarını düşünür: Dördpendirli pizza

"Çox səhvlər etdik, pis oynayırıq. Düşündüm ki, hər bir oyunçu oynaya bilər. Amma bu matçı artıq unutmuşuq. Pley-off mərhələsinə keçmək üçün digər komandalarla oynayacağıq. Məncə, qrupun favoriti bizik. Hər birimiz eyni düşünməyimizə baxmayaraq, meydanda hər şey fərqlidir. Tailand çox yaxşı oynayır. Biz pis oynadığımız üçün heç-heçə etdik və buna layiqik".

Baş məşqçi təşkilatçılığı yüksək qiymətləndirib:

"Dünya çempionatı həqiqətən əla təşkil olunub. Bu, iştirak etdiyim ikinci çempionatdır. Burada hər şey əladır. Azərbaycana iki gün əvvəl gəlmişik. Ümid edirəm ki, yaxın bir neçə gün ərzində Bakını gəzə biləcəyik".

Qeyd edək ki Monteneqro - Tailand görüşü 1:1 hesabı ilə başa çatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!