Moskva İrəvandan bunu tələb etdi – Yoxsa məhsullar Rusiyaya buraxılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Moskva İrəvandan bunu tələb etdi – Yoxsa məhsullar Rusiyaya buraxılmayacaq

Sosial

13 Avqust 2026 18:54 108


Ermənistandan Rusiyaya idxal edilən kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi və onlar üçün məcburi tələblərin yerinə yetirilməsi Rusiya bazarına tədarükün bərpası üçün əsas şərtlərdir.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Rusiya Kənd Təsərrüfatı Nazirliyi məlumat verib.

"Kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinin təmin edilməsi, o cümlədən Ermənistan istehsalçıları tərəfindən yerli xammaldan istifadə, pestisidlərə nəzarət, tədarükün izlənilə bilməsi və digər məcburi tələblər hazırda məhdudiyyətlərə məruz qalan malların idxalının bərpası üçün əsas şərtdir", - deyə məlumatda qeyd olunur. Dördpendirli pizza

Bildirilir ki, bu məsələ Almatıda keçirilən AİB Aqrar-Sənaye Siyasəti Şurasının 7-ci iclası zamanı Rusiya kənd təsərrüfatı naziri Oksana Lut tərəfindən Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyanla müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!