“Moskvanı müdafiə etmək üçün əsgərlər göndərəcəyik” - Prezident oğlu

saytların hazırlanması

Evə çatdırılma

“Moskvanı müdafiə etmək üçün əsgərlər göndərəcəyik” - Prezident oğlu

Dünya

01 Aprel 2023 12:51 1152


Uqanda prezidenti Yoveri Musoveninin oğlu Muhuzi Kaineruqaba Rusiya prezidenti Vladimir Putinə dəstəyini ifadə edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında yazıb: 

“Mənə Putinist deyə bilərsiniz, lakin, əgər Rusiya imperialistlər tərəfindən təhdid olunarsa, biz Moskvanı müdafiə etmək üçün əsgərlər göndərəcəyik”.  Dördpendirli pizza

Xatırladaq ki, 1986-cı ildən bəri hakimiyyətdə olan Y. Musoveninin oğlu general-polkovnik M. Kaineruqaba 1999-cu ildən Uqanda Xalq Müdafiə Ordusuna (UPDF) rəhbərlik edir. O, ətraf ölkələrə qarşı separatçı və anti-amerikan çıxışları ilə tez-tez gündəmə gəlib. 

Atasına qarşı müxalif olan şəxsləri aradan götürən general onun ölümündən sonra hakimiyyətin ən ideal varisi hesab edilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!