Mövlud Çavuşoğlu: “Ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Mövlud Çavuşoğlu: “Ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər” - VİDEO

Sosial

23 Avqust 2022 13:45 1060


“Azərbaycan Laçın dəhlizinə paralel yeni bir yol inşa etdi. Artıq Laçın şəhəri və ətraf ərazilər boşaldılmalıdır. Amma biz nə müşahidə edirik?.. Təəssüf ki, orada olan ermənilər, əvvəl olduğu kimi, ətrafı dağıdaraq geri çəkilirlər”.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” telekanalına müsahibəsində deyib. 

“Biz sülh istəyirik. Qarabağ Azərbaycanın tarixi torpağıdır. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər orada yaşaya bilərlər, şərait yaradacağıq. Azərbaycan daha nə etsin? Azərbaycanın yeganə istəyi torpaqlarını geri almaq idi. Torpaqlarını azad etdi. İndi daimi sülh istəyir”, - o bildirib./Oxu.az pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!