Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Mqer Qriqoryan: “Azərbaycanla dəmir yolu məsələsi daha tez həll olunacaq”
20 Sen 2021 13:30
2190

Mqer Qriqoryan: “Azərbaycanla dəmir yolu məsələsi daha tez həll olunacaq”

“Üçtərəfli Ermənistan-Rusiya-Azərbaycan platformasında dəfələrlə danışdığım məsələlər müzakirə olunur: bunlar mümkün infrastruktur həlləri və bu qərarların hüquqi tənzimlənməsi ilə əlaqədardır və mümkün olduqda onlarə qəbul ediləcəkdir”. 

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan sentyabrın 20 -də İrəvanda keçirilən "Erməni İşgüzar Forumu" çərçivəsində jurnalistlərə müsahibəsində bildirib.

"Bu, gömrük, sərhəd, fitosanitar və digər nəzarət funksiyalarının yerinə yetirilməsinə aiddir", - deyə o əlavə edib.

Baş nazirin müavini hesab edir ki, danışıqlar istənilən halda davam etdirilməlidir.

Yolların açılmasına gəlincə, o vurğulayıb: “Dəmir yolu hissəsində qərarların həlli daha aydın görünür, çünki burada əsasən vaxtı ilə tikilmiş və istismar olunan infrastrukturların bərpasından danışılır. İndi müzakirələr daha çox hüquqi həllər üzərində cəmlənib”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər