“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirilir - Video
26 Sen 2020 14:48
242

“Msta-S” özüyeriyən haubitsalardan döyüş atışları keçirilir - Video

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Msta-S” özüyeriyən haubitsa heyətləri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

Yenisabah.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, həyəcan siqnalı ilə qaldırılan heyətlər atəş mövqelərinin dəyişilməsi və şərti döyüş zamanı düşmən hədəflərinin koordinatlarının təyin edilməsini məşq ediblər.

Döyüş atışları icra edən heyətlər şərti düşmənin müxtəlif məsafələrdə yerləşən hərbi texnikası və mühəndis fortifikasiya qurğularını məhv ediblər.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər